BAKI, 9 fevral. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində 2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş xidməti müşavirə keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müşavirədə Nazirliyin Baş yanğın təhlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev, Daxili təhlükəsizlik Baş idarəsinin rəisi general-mayor Seymur Qaraşov, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Vaqif İbrahimov, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli, Xidmətin məsul vəzifəli şəxsləri iştirak ediblər.

Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Vaqif İbrahimov Xidmətin 2025-ci il ərzində fəaliyyəti barədə məlumat verərək, ölkədə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi, o cümlədən vətəndaşların həyat və sağlamlığının, ölkənin milli sərvətlərinin yanğından qorunması istiqamətində müхtəlif təyinatlı оbyеktlərdə və yaşayış sahələrində qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsinə nail olunduğunu qeyd edib, 2026-cı ildə də Xidmətin qarşısında duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün şəxsi heyətin səylə fəaliyyət göstərəcəyinə əminliyini bildirib.

Nazirliyin Baş yanğın təhlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev ötən il əvvəlki illə müqayisədə yanğınların sayında azalmanın qeydə alındığını vurğulayaraq, bu müsbət dinamikanın əsasında, ilk növbədə nəzarət qurumunun yanğınların profilaktikası baxımından səmərəli fəaliyyəti və əhali arasında aparılan geniş maarifləndirmə işlərinin dayandığını qeyd edib, cari ildə Xidmətin qarşısında duran vəzifələrdən danışıb.

Nazirliyin Daxili təhlükəsizlik Baş idarəsinin rəisi general-mayor Seymur Qaraşov Xidmətdə nizam-intizamın və şəxsi heyətin peşə hazırlığının daim yüksək səviyyədə saxlanılmasının vacibliyindən danışıb.

Daha sonra Xidmətin rəis müavini daxili xidmət polkovniki Cəmil Xudiyev ötən il ərzində Xidmətin fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə məruzə edərək görülmüş işlər barədə geniş statistik məlumat verib, həmçinin cari ildə aidiyyəti üzrə atılacaq addımlardan danışıb.

Müşavirədə mövzu üzrə geniş müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.