BAKI, 14 yanvar. TELEQRAF

Kitabxanaların fəaliyyəti təkmilləşdiriləcək.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.

Konsepsiyaya görə elmi və ədəbi yaradıcılıq inkişaf edəcək, kitabxanaların fəaliyyəti təkmilləşdiriləcək, o cümlədən fiziki və rəqəmsal kitabxana resursları zənginləşdiriləcək, ədəbiyyata və nəşriyyat işinə dair sənət növləri inkişaf edəcək, nəşriyyat işi dəyər zənciri müasirləşdiriləcək.