BAKI, 7 yanvar. TELEQRAF
Dövlət Sərhəd Xidməti 2025-ci ildə terrorçuluq və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə tədbirlərini gücləndirib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətində 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində deyilib.
Aparılan əməliyyatlar nəticəsində xaricdə döyüşmüş 6 nəfər saxlanılıb, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 18, qaçaqmalçılıqla məşğul olan 8, qeyri-qanuni miqrasiya ilə məşğul olan 12 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.