BAKI, 7 yanvar. TELEQRAF
2025-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin və sərhəd rejiminin qorunması istiqamətində tədbirlər davam etdirilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətində 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində deyilib.
İl ərzində dövlət sərhədini pozduqlarına görə 516 nəfər, sərhəd rejimini pozduqlarına görə 1226 nəfər, axtarışda olan 3922 nəfər, saxta sənədlərlə 108 nəfər, özgəsinə məxsus sənədlə 8 nəfər, eləcə də buraxılış məntəqələrindən gizli keçməyə cəhd göstərən 6 nəfər saxlanılıb.