BAKI, 31 dekabr. TELEQRAF
Türkiyədə güclü qar, külək, fırtına, yolların buz bağlaması gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsi məlumat yayıb.
Havanın temperaturu 10 dərəcə aşağı düşəcək. Bu gün 42, sabah üçün isə 21 vilayətdə xəbərdarlıq elan edilib.
Əlverişsiz hava şəraiti səbəbindən bir çox vilayətlərdə təhsil dayandırılıb.