BAKI, 27 dekabr. TELEQRAF

"Prokurorluq və vəkillik institutları bir-birinə çox yaxındır. Hamımız hüquqşünasıq. Vəkillik cəmiyyətin ayrılmaz bir hissəsidir"

Teleqraf xəbər verir ki, bunu Vəkil Günü peşə bayramı münasibətilə keçirilən tədbirdə Baş prokuror Kamran Əliyev deyib.

"Fəxrlə qeyd edirəm ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra vəkillik institutunun fəaliyyəti köklü şəkildə dəyişib. Son zamanlar vəkillik institutuna maraq xeyli artıb. Vəkillər və istintaqçılar arasında sağlam rəqabət olduqda, bu, ədalətli qərarların qəbul edilməsinə səbəb olur. Vəkillər və prokurorlar zərərçəkmiş şəxsin hüquqlarının müdafiəsində birgə fəaliyyət göstərirlər. Yeni vəkilləri təbrik edir, onların gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıram" - Baş prokuror bildirib.