BAKI, 27 dekabr. TELEQRAF

Alkoqol istifadəsi Avropa regionunda hər il təxminən 800 min insanın ölümünə səbəb olur. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Teleqraf xəbər verir ki, təşkilatın press-relizində qeyd olunur ki, Avropa alkoqol istehlakı səviyyəsinə görə dünyada lider mövqedə qalmaqda davam edir.

"Qiymətləndirmələrə görə, regionda hər on birinci ölüm alkoqol istifadəsi ilə bağlıdır", - deyə ÜST-ün açıqlamasında bildirilir.