ŞUŞA, 8 noyaqbr. TELEQRAF

Şuşada 8 noyabr - Zəfər günü münasibətilə Şuşa sakinlərinin əl işlərinin sərgisi təşkil edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, sərgidə xüsusi qabiliyyəti olan Şuşa sakinlərinin əl işləri nümayişi olunub.

Sərgi şəhərin mərkəzində “Güllü bağ” parkında açılıb.

Əl işlərində Şuşa şəhərinin giriş qapıları, Qala divarları, Azərbaycan mədəniyyətinin atributları, Zəfərin əsas simvolu olan "Xarı bülübül əks olunub.

Sərgi Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə həyata keçirilir.