BAKI, 14 oktyabr. TELEQRAF
"Birbank" mobil tətbiqində yaranan problem aradan qaldırılıb.
Bu barədə Teleqraf-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
***
19:13
"Birbank" mobil tətbiqində yaranan problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır.
Bu barədə Teleqraf-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Sərnişinlərə müvəqqəti olaraq "BakıKart"ın mobil tətbiqi, "m10" rəqəmsal ödəniş sitemi və ya fiziki kartlardan istifadə etmələri tövsiyə olunur.
***
18:45
"BakıKart” ödəniş sistemində texniki nasazlıq yaranıb.
Teleqraf xəbər verir ki, balansın artırılması və ödəniş imkanı “BakıKart” plastik kartlarının balansını mobil tətbiq üzərindən artırmaq mümkün olmayıb.
Bu üzdən avtobus dayanacaqlarında və metro girişlərində sıxlıq yaranıb.