BAKI, 4 oktyabr. TELEQRAF
"Müstəqillik dövrünün ilk illərində Azərbaycan səhiyyəsində zəngin iş görüldüyünü müşahidə etmişik".
Teleqraf xəbər verir ki, bunu sabiq mədəniyyət naziri Əbülfəs Qarayev keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin vida mərasimində jurnalistlərə açıqlama verərkən deyib.
O, Oqtay Şirəliyevlə dost olduğunu xatırladıb: "Mənim dostum idi. Gözəl həmkar idi. Həmişə insanlara kömək edirdi. Mədəniyyət işçilərinin müalicəsinə canla-başla yardım göstərirdi. Düşünürəm ki, onunla bağlı ancaq gözəl xatirələr qalacaq".