BAKI, 4 oktyabr. TELEQRAF

Keçmiş səhiyyə naziri Oqtay Şirəliyev bu gün dəfn olunacaq.

Teleqraf xəbər verir ki, onunla vida mərasimi saat 11:00-da Təzəpir məscidində baş tutacaq.

Oqtay Şirəliyev Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, sabiq nazir dünən dünyasını dəyişib.