GƏNCƏ, 2 oktyabr. TELEQRAF
Gəncə şəhərinə dünən gecə saatlarından başlayan aramsız yağışlar bir sıra problemlərə yol açıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhərin Məhsəti, Avtozavod qəsəbələrinin yollarında yaranan iri gölməçələr piyadaların və avtomobillərin hərəkətinə ciddi problemlər yaradıb. Gəncədə yağışlı hava şəraiti davam edir.
Məlumat üçün onu da bildirək ki, Gəncədə yerləşən 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzinin arxasında yolun hərəkət hissəsində iri su gölməçələri əmələ gəlib.
Cavad Xan qəsəbəsinin yollarında da yağış sularından gölməçələr yaranıb.