Dünən – 1 oktyabr tarixində “Qarabağ” futbol klubunun oyunu ilə əlaqədar Bakı metropolitenindən ümumilikdə 802 min 813 sərnişin istifadə edib.

Bakı Metropoliteni QSC- dən Teleqraf -a verilən məlumata görə günün lideri “Gənclik” stansiyası olub. Buradan 73 min 25 sərnişin daşınıb.

Qeyd edək ki, “Gənclik” stansiyasında daha əvvəl 70 min sərnişin həddinin aşılması yalnız bir dəfə – 15 sentyabrda mümkün olub. Həmin gün stansiyada 70 min 843 sərnişin daşınmışdı.