BAKI, 29 sentyabr. TELEQRAF
"Türkiyə və Avstraliya COP 31-ə namizəddirlər. İndiyə qədər bir çox hallar olub ki, hətta Azərbaycan özü bir neçə ölkə ilə bir qrup daxilində rəqib idilər və mübarizə aparırdılar. Bu, COP31-lə bağlı Türkiyə və Astraliya arasında həqiqətən mübarizədir".
Teleqraf xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW 2025) deyib.
O qeyd edib ki, Azərbaycan hazırda bu müzakirələrdə vasitəçilik edir:
“COP29 sədrinin ötən il mənə verdiyi mandata uyğun olaraq, danışıqlarda vasitəçilik edirəm. Nyu -Yorkda ötən həftə kifayət qədər intensiv görüşlərimiz, müzakirələrimiz oldu. Danışıqlar müsbət istiqamətdə irəliyir və yaxın gələcəkdə nəticələrlə tanış olmaq imkanı olacaq. Bəlkə də, ortaq, şərikli bir COP-un təşkilindən də söhbət gedə bilər”.