GÖYGÖL, 24 sentyabr. TELEQRAF
Ekologiya və Təbii Sərvətlər nazirinin səlahiyyətlərini icra edən, birinci müavin Rəşad İsmayılovun əmri ilə Göygöl Milli Parkına yeni direktor təyin olunub.
Teleqraf xəbər verir ki, bu vəzifəyə Yusif Kazımov təyinat alıb.
Məlumat üçün bildirək ki, Y. Kazımov buna qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan bir çox qurumlarda müxtəlif vəzifələrdə çalışıb. O, yeni vəzifəsində Fuad Quliyevi əvəz edib.