BAKI, 27 avqust. TELEQRAF

Dağıstanda 5.4 maqnitudalı zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf-a verilən məlumata görə, zəlzələnin ocağı yerin 66 kilometr dərinliyində yerləşib.

Yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Rusiyanın İzberbaş şəhərindən 28 km şərqdə, Dərbənddən 51 km şimal-şimal-qərbdə qeydə alınıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ Qusar stansiyasından 94 km şimalda Quba, Xınalıq, Qusar, Bakı və Sumqayıt və s. şəhərlərdə 3-4 bal gücündə hiss olunub.