XOCAVƏND, 10 avqust. TELEQRAF

Ötən gün Xocavənddə baş verən yanğın söndürülüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, rayonun Çörəkli kəndi ərazisində baş verən yanğın FHN-nin yanğınsöndürən briqadası tərəfindən söndürülərək geniş ərazilərə keçməsinin qarşısı alınıb.

Hazırda ərazidə ərazidə közərti olan ocaqlar araşdırılır.

***

23:21 / 09.08.2025

XOCAVƏND, 9 avqust. TELEQRAF

Xocavənddə başlayan yanğınlar meşə ərazisinə keçib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğın rayonun Çörəkli kəndi ərazisində günün ikinci yarısından etibarən başlayıb.

Ərazidə baş verən yanğının alovu genişlənərək meşəlik ərazisinə də keçib.

Hadisə yerinə FHN-nin Ağdam, Xankəndi, Füzuli və Xocavənd rayonlarının yanğınsöndürən texnika və canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.