BAKI, 16 İyul. TELEQRAF
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gədəbəy şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 18 iyul 2025-ci ildə Gədəbəy şəhərində, Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Gədəbəy və Şəmkir rayonları sakinlərinin qəbulu keçiriləcək.
"Qəbula gələn vətəndaşların qeydiyyatı 17 iyul 2025-ci il tarixdə Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaqdır. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Əlaqə: tel: +994 (12) 512-01-14
e-mail: [email protected]" - deyə məlumatda qeyd olunub.