BAKI, 27 iyun. TELEQRAF

"Yanğın baş vermiş anbar işlək deyildi. Orada siyahıdan çıxarılmış, istifadə tarixləri bitmiş pirotexniki vasitələr var idi".

Bunu Teleqraf-a açıqlamasında "Azərbaycanfilm" kinostudiyasının texniki təchizat şöbəsinin müdiri Nadir Mehdiyev deyib.

O bildirib ki, yanğının hansı səbəbdən baş verməsi hələ ki naməlumdur.

"Kinostudiya ərazisində baş vermiş yanğın hadisəsinin səbəbi araşdırılır. Məsələ tam aydınlaşandan sonra məlumat veriləcək" - deyə şöbə müdiri əlavə edib.