BAKI, 26 iyun. TELEQRAF

Bu gün saat 23:05 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Yasamal rayonu ərazisində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab pıaraq TƏBİB-dən məlumat verilib.

Dərhal çağırış üzrə ilkin olaraq 5 təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.

Hələlik hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

Ətraflı məlumat veriləcək.