BAKI, 23 iyun. TELEQRAF

350-ə yaxın qız “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində təhsil alır.

Teleqraf xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “Gənc qızların təhsilinə dəstək” layihəsinin məzun günündə çıxışı zamanı deyib.

O bildirib ki, bu günə qədər 350-ə yaxın qız bu layihə çərçivəsində təhsil alır. Layihənin əsas məqsədi sosial həssas qrupdan olan qızların ali təhsilə çıxış imkanlarını artırmaq və onların gələcək inkişafına dəstək olmaqdır.

Elnur Nəsibov qeyd edib ki, layihə çərçivəsində gerçəkləşən "Parla" təqaüd və inkişaf proqramına 2023-2025-ci tədris illərində 1465 müraciət olub.

"Bu proqramdan 100 nəfər yararlanıb. Onlardan 5 nəfəri şəhid yoldaşıdır. 14 nəfər məzun olub və onlardan 4-ü işlə təmin edilib. Onu da qeyd edim ki, Polad Həşimovun həyat yoldaşı bu layihənin rəhbərlərindən biridir".