
GƏNCƏ, 18 iyun. TELEQRAF
Gəncədəki yaşayış binasında baş verən yanğın söndürülüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, qəsəbəyə verilən elektrik enerjisi bərpa olunub.
***
21.18
Gəncə şəhərində fərdi yaşayış evində yanğın başlayıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Əraziyə iki yanğınsöndürən maşın və 20-ə yaxın canlı qüvvə cəlb olunub.
Alovun söndürülməsi istiqamətində iş aparılır.
Hadisə ilə bağlı qəsəbəyə verilən elektrik enerjisi dayandırılıb.
Qeyd edək ki, Məhsəti qəsəbəsi Gəncənin ən böyük yaşayış massivlərindən biridir.