BAKI, 10 may. TELEQRAF
9 may saat 16:00 radələrində Beyləqan rayonunda 1 nəfər azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Teleqraf-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 2025-ci il təvəllüdlü azyaşlıya atrofik vəziyyət diaqnozu təyin edilib.
Həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 16:10-da azyaşlının ölüm faktı qeydə alınıb.