BAKI, 30 oktyabr. TELEQRAF
"Xəstəxanalara işə qəbul prosesi nəticələr əsasında həyata keçirilir".
Teleqraf xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex 2025"in açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, TƏBİB-in tabeliyindəki müəssisələrdə fəaliyyət göstərən işçilər sertifikasiya imtahanlarından uğursuz nəticə əldə edirlərsə, ilkin mərhələdə müvəqqəti olaraq tibbi xidmətdən uzaqlaşdırılırlar:
"Növbəti imtahanda da uğursuz olacaqları təqdirdə, onların fəaliyyətinə tamamilə xitam verilir".
Vüqar Qurbanov həmçinin qeyd edib ki, xəstəxanalara qəbul prosesi elektron formada həyata keçiriləcək.
"İlin sonuna qədər kağız daşıyıcılardan istifadə tamamilə dayandırılacaq", - o əlavə edib.