BAKI, 19 dekabr. TELEQRAF
“Artıq il yarımdır ki, həkimlər arasında monitorinqlər aparırıq. Bu proses zamanı xəstələrlə ünsiyyət qurmayan həkimlərin olduğu, hətta bir ay ərzində heç bir xəstəni qəbul etməyən həkimlərin mövcudluğu müəyyən edilib”.
Bunu Teleqraf-ın sualına cavab olaraq mətbuat konfransında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
O qeyd edib ki, bu həmin həkimlərin ya bilik səviyyəsində, ya da davranışlarında müəyyən çatışmazlıqların olduğunu göstərir:
“Bu kateqoriyaya aid həkimlərlə bağlı optimallaşdırma layihələri çərçivəsində artıq stomatologiya sahəsində müəyyən addımlar atmışıq. Bir ildən artıqdır ki, onlara xidmət keyfiyyətini artırmaları barədə xəbərdarlıq etmişik ki, pasiyent müraciətləri artsın. Lakin nəzarətimiz göstərir ki, bu istiqamətdə ciddi nəticə əldə olunmayıb. Bununla bağlı addımlar atılacaq”.