BAKI, 2 may. TELEQRAF
"Son illər məhkəmələrdə media ilə işləmək üçün spiker hakimlər təyin edilib".
Teleqraf xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə Hüquq Şurasının üzvü Sənan Hacıyev “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forumda deyib.
O bildirib ki, baxılan hər bir iş üzrə məlumatlara əlçatanlıq təmin edilib.
"Cinayət işləri üzrə məlumatların yayımlanması zamanı yanlış ictimai fikrin formalaşması nəzərə alınır. Televiziya verilişlərində, xüsusilə, şəxsi həyatın toxunulmazlığı hüququ, şərəf və ləyaqətin müdafiəsi məsələləri pozulur. Yaxın vaxtlarda Ali Məhkəmə tərəfindən bununla əlaqədar mühüm qərarlar qəbul oluna bilər", - deyə əlavə edib.