
BAKI, 22 mart. TELEQRAF
Bu gün Azərbaycanda Ramazan ayının üçüncü Qədr (Əhya) gecəsi olacaq.
Teleqraf xəbər verir ki, üçüncü Qədr gecəsi martın 22-dən 23-nə keçən gecəyə təsadüf edir.
Ramazan ayının növbəti və sonuncu qədr gecəsi 26 mart tarixinə düşür.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb.
Martın 30-da isə fitr bayramı qeyd olunacaq.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramıdır.