BAKI, 19 fevral. TELEQRAF

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında əsasnaməyə dəyişiklik təsdiq edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaların adının dəyişdirilməsi ilə yanaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Katiblik yaradılır.

Xatırladaq ki, bir neçə gün öncə Prezident İlham Əliyev Ailə Məcəlləsinə və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanuna edilən dəyişiklikləri təsdiqləmişdi.