BAKI, 26 fevral. TELEQRAF
Səhiyyə Nazirliyi qəzalı və əsaslı təmirə ehtiyacı olan tibb müəssisələrini siyahıya alıb.
Teleqraf xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, siyahı kapital investisiya layihəsinə daxil edilib və təqdim olunub.
"Ora vəsait ayrıldıqca, nazirlik həmin müəssisələri təmir edib, aidiyyəti qurumlara təhvil verir", - nazir vurğulayıb.