BAKI, 27 may. TELEQRAF
"Statistikaya baxmışıq, Azərbaycanda həkim çatışmazlığı yoxdur".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin səhiyyə komitəsində müzakirəyə çıxarılan Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, statistikaya əsasən, əhalinin 100 min nəfərinə düşən həkim sayı yüksəkdir:
"Ancaq həkimlərin düzgün bölüşdürülməsi aparılmayıb. Onlar bölgələrə getmirlər və bəzisi ixtisası üzrə çalışmır. Bakıya toplaşan həkimlər çoxdur. Onların bölgələrə cəlb olunması üçün Səhiyyə Nazirliyi işlər aparmalıdır".