BAKI, 22 may. TELEQRAF
“Son illər əhali arasında təşviş pozuntuları və depressiya hallarında artım müşahidə olunur”.
Bu sözləri Teleqraf-ın “Əhali arasında daha çox hansı psixi xəstəliklər müşahidə olunur?” sualına cavab olaraq Azərbaycan Tibb Universitetinin rektoru, psixiatr, tibb elmləri doktoru Gəray Gəraybəyli deyib.
O bildirib ki, iki əsas qrup psixi pozuntular var:
“Kəskin psixotik pozuntular - şizofreniya, bipolyar pozuntu kimi xəstəliklər, sərhədyanı psixi pozuntular təşviş pozuntuları, nevrozlar və depressiya. Kəskin psixozların yayılma faizi uzun illərdir ki, təxminən 1% civarında sabit qalır. Lakin son illərdə təşviş pozuntuları və depressiya hallarında artım müşahidə olunur”.