BAKI, 22 may. TELEQRAF

“Məhkəmə psixiatriyası həm elmi, həm də praktik sahə kimi olduqca mürəkkəbdir. Bu sahədə çalışanların işi çətin, eyni zamanda məsuliyyətli və şərəflidir”.

Teleqraf xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının 100 illiyinə həsr olunan “Məhkəmə psixiatriyasının aktual problemləri” adlı tədbirdə çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, bu sahədə kontingent spesifikdir:

“Onların verdiyi qərarlar bəzən insanların taleyini dəyişə bilir. Bu isə məsuliyyətin miqyasını daha da artırır. Lakin təəssüf ki, məhkəmə psixiatriyası elmi istiqamət kimi kölgədə qalıb. Dünyada bu sahə üzrə layihələrin sayı da azdır, tədqiqatlara kifayət qədər tez-tez yer verilmir”.