BAKI, 16 may. TELEQRAF
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Plastik və rekonstruktiv cərrahiyyə şöbəsi yaradılıb.
Teleqraf xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
Nazir əlavə edib ki, adları siyahıda olan 42 plastik cərrah orada fəaliyyətə cəlb ediləcək.
"Siyahıda xaricdə təhsil almış şəxslər var. Hətta aralarında tibb üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmiş şəxslər də var. Düşünürəm ki, o şöbə nümunəvi olacaq", - nazir qeyd edib.