BAKI, 16 may. TELEQRAF
"Rezidentura təhsilində 56 ixtisas üzrə həkim hazırlığı davam edir".
Teleqraf xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, 2011-ci ildən etibarən Azərbaycanda ali tibb təhsilinin rezidentura səviyyəsi tətbiq olunur:
Hazırda 56 ixtisas üzrə həkim-mütəxəssislərin hazırlanması həyata keçirilir. Rezidentura təhsil proqramlarının müddəti ixtisasdan asılı olaraq 2 ildən 5 ilə qədər dəyişir".
Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli qərarına əsasən, dövlət sifarişi ilə rezidentura təhsili alan şəxslər 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində fəaliyyət göstərməlidirlər.