BAKI, 22 aprel. TELEQRAF
Rusiyalı alim Aleksandr Umnov qaraciyərin əsas "düşmənlərin"dən danışıb.
Teleqraf xəbər verir ki, tanınmış həkim lenta.ru saytına müsahibəsində maraqlı fikirlər səsləndirib.
Onun sözlərinə görə, spirti içkilər sağlam qaraciyərin ən vacib və aşkar düşmənidir: “Ölü hepatositlər çapıqlı olur, yeniləri ilə əvəzlənir və müəyyən müddətdən sonra qaraciyərin ehtiyatları tükənir və o, artıq bərpa oluna bilmir. Bunun nəticəsi qaraciyər sirrozu ilə müşayiət olunan xəstə üçün ağırlaşmalardır”.
Alimin fikrincə, qaraciyər üçün daha bir aktual problem “fast food” və yağlı qidalardır. Bu məhsulların daimi gündəlik istehlakı ilə qaraciyərdə yağlı hepatoz və degenerasiya meydana gəlir: "Onlar qaraciyər hüceyrələrində toplanır ki, bu da son nəticədə onun degenerasiyasına və həyati funksiyalarının azalmasına gətirib çıxarır".
Həkim orqan xəstəliyinin növbəti amili kimi siqareti göstərib: “Nikotin və siqaretin digər komponentləri qaraciyər damarlarının spazmına səbəb olur və hepatositləri məhv edir”.
Rusiyalı alim hər şeyə qənaət etməyi də qaraciyərin görünməz düşməni adlandırıb: “Keyfiyyətsiz məhsulların alınması qaraciyərdə zərərli əlavələrin toplanmasına gətirib çıxarır ki, bu da xərçəng riskini artırır".