BAKI, 18 aprel. TELEQRAF
Alimlər bədəndəki hormonal dəyişikliklərin və stresin saça təsirini aşkar ediblər.
Teleqraf xəbər verir ki, araşdırmanın nəticələri "Psychoneuroendocrinology" jurnalında dərc olunub .
Yazıda qeyd olunur ki, testosteron və kortizol kimi steroid hormonları maddələr mübadiləsinin, reproduktiv funksiyanın və orqanizmin stresə reaksiyasının tənzimlənməsində əsas rol oynayır. Bu maddələr saçda toplana bilir, bu da uzunmüddətli hormonal dəyişiklikləri qiymətləndirmək üçün onları təhlil etməyə imkan verir.
Tədqiqatçılar 18-40 yaş arası 88 sağlam kişidən alınan məlumatları tədqiq ediblər. Saçların xüsusiyyətləri kişinin hormonal imkanlarını öyrənmək üçün ipucu verir.