
BAKI, 7 fevral. TELEQRAF
Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən R.Abbasov və K.Piriyev saxlanılıb.
Teleqraf xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Şirvan regional qrupundan verilən məlumata görə, tibbi müayinə zamanı onların marixuanadan istifadə etdikləri məlum olub.
Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Abbasov və K.Piriyev 15 sutka inzibati qaydada həbs edilib.