BAKI, 7 fevral. TELEQRAF

Bu gün Bakının bəzi yollarında sıxlıq müşahidə olunur.

Teleqraf xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bu barədə məlumat yayıb.

Hazırda yollardakı vəziyyət belədir:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.