“Cənubda yerləşən ölkəmiz isti günəşli günlərin çox olması ilə səciyyələnir. Hətta bu günlərdə bölgələrdə 38, paytaxtda isə 33 dərəcə istinin qeydə alınması sentyabr ayı üçün qeyri-adi hadisə deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Tağıyeva qeyd edib ki, son günlər paytaxtda havanın temperaturu iqlim normasından 6 dərəcə yüksəkdir.

“Davamlı cənub-şərq istiqamətli hava axını havada nisbi rütubətin artmasına səbəb olur. Hətta nisbi rütubət gündüzlər 60-80 faiz arasında dəyişir ki, bu da normadan xeyli yüksəkdir”,-Xidmətin rəisi izah edib.