BAKI, 10 may. TELEQRAF

"Ulu öndər Heydər Əliyevi hörmətlə anırıq".

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.

O bildirib ki, Heydər Əliyevin müstəqil Azərbaycanın qurulmasında misilsiz xidmətləri olub:

"1990-cı illərdə müstəqil Azərbaycanı yaratmaq uğrunda xidmətlərini hörmətlə anırıq. Heydər Əliyev təkcə müstəqil Azərbaycanı yaratmaq deyil, iqtisadiyyatının inkişafı istiqamətdə gördüyü işlər ilə bugünkü Azərbaycanın yaranmasına öz töhfəsini verib".

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətlərindəki "Bir millət, iki dövlət" anlayışı artıq iki ölkə birliyinin sarsılmaz rəmzinə çevrilib.