BAKI, 6 may. TELEQRAF
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə ukraynalı diplomat "X" hesabında məlumat yayıb.
O bildirib ki, Qəbələdə liderlər arasında keçirilən danışıqlar zamanı göstərilən qonaqpərvərliyə və son səfərə görə azərbaycanlı həmkarına təşəkkür edib.
“Tərəflər həmin danışıqlarda əldə olunan razılaşmaların icrasını müzakirə edib, ikitərəfli əməkdaşlığın inkişafı üçün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar”, – deyə qeyd edib.
Nazirlər regional təhlükəsizlik vəziyyəti və beynəlxalq gündəmdəki prosesləri müzakirə ediblər.
Sibiqa vurğulayıb ki, Kiyev Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi ardıcıl dəstəyi, eləcə də xüsusilə enerji sahəsində humanitar yardımı yüksək qiymətləndirir.