BAKI, 29 aprel. TELEQRAF
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının növbəti iclası Azərbaycanda keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə bu gün komissiyanın Ermənistandakı on üçüncü iclasında qərar qəbul olunub.
Qeyd olunub ki, tərəflər komissiyaların Azərbaycan Respublikasında növbəti iclasının tarixinin işçi qaydada müəyyən edilməsi barədə razılığa gəliblər.