BAKI, 15 fevral. TELEQRAF
Serbiya Prezidenti Aleksandar Vuçiçin Prezident İlham Əliyevin rəsmi səfəri münasibətilə təşkil etdiyi şam yeməyində Serbiya hərbi orkestri Azərbaycan mahnısı “Ay Laçın”ı ifa edib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında yazıb.
O, bu addımı Azərbaycan-Serbiya münasibətlərinin ruhunu əks etdirən rəmzi jest kimi dəyərləndirib.
Serbia’s military band performed the Azerbaijani song “Ay Lachin” at the dinner hosted by President Aleksandar Vučić during President Ilham Aliyev’s official visit to Serbia.
— Hikmet Hajiyev (@HikmetHajiyev) February 15, 2026
A meaningful gesture of respect and friendship, reflecting the spirit of Azerbaijan–Serbia relations. pic.twitter.com/bspM4JMakP