BAKI, 10 fevral. TELEQRAF
2025-ci il noyabrın 27-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” təsdiqlənib.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanun imzalayıb.