BAKI, 10 fevral. TELEQRAF

Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı vəsiyyətinə uyğun olaraq Ramanada ata və anasının qəbri yanında dəfn olunacaq.

Bu barədə Teleqraf-a mərhumun oğlu Elçin Ağamalı deyib.

***

09:15

Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı ilə vida mərasimi bu gün saat 12:00-da Heydər məscidində keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Fəzail Ağamalının qızı deputat Günay Ağamalı paylaşımında qeyd edib.

Dəfndən sonra Heydər məscidində hüzr mərasimi təşkil ediləcək. Mərhumun 3-7 mərasimi fevralın 12-də saat 11:00-15:00 aralığında Heydər Məscidində keçiriləcək.

Qeyd edək ki, Fəzail Ağamalı uzun sürən xəstəlikdən sonra dünən Ankarada vəfat edib.