BAKI, 6 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldo ilə telefonla danışıb.
Teleqraf xəbər verir ki, o, bu barədə "TruthSocial" şəbəkəsində paylaşım edib.
Tramp Ronaldonu "böyük futbolçu" adlandırıb və bu həftə Ağ Ev və Oval Ofis turuna görə ona təşəkkür etmək üçün "indicə zəng etdiyini" deyib.