BAKI, 31 mart. TELEQRAF
“Patent haqqında” Qanununda dəyişiklik təsdiq edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Əqli Mülkiyyət Agentliyinin əqli mülkiyyət mübahisələri üzrə Apellyasiya şurasının sədri vəzifəsi dövlət qulluğu hesab ediləcək.