BAKI, 28 noyabr. TELEQRAF

Uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərin (modulların) ətraflı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları təsdiqlənib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar uyğunluğun qiymətləndirilməsi prosesində iştirak edən qurumlar üçün həm hüquqi baza yaradır, həm də prosedur qaydalarını müəyyənləşdirərək sistemləşdirir.