BAKI, 4 noyabr. TELEQRAF

"Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 365,1 milyon manat olub ki, bu da ümumi daxili məhsulun (ÜDM) 19,5 %-ni təşkil edir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev bildirib.

O qeyd edib ki, dövlət borcu ilin əvvəli ilə müqayisədə 2.2 faiz azalıb:

"Azərbaycan ümumi dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinin ən aşağı olduğu 20 ölkədən biridir. 2026-ci ilin sonuna proqnoz – 21.8%, 2029 proqnozu – 21.2%.

Qeyd edək ki, dövlət borcunun 17 milyard 46,8 milyon manatı daxili, 4 milyard 893,1 milyon ABŞ dolları və yaxud 8 milyard 318,3 milyon manatı isə xarici borc olub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 0,8 % və 7,7 % azdır.