BAKI, 31 oktyabr. TELEQRAF

Milli Məclis Zəfər Günü əlaqədar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təbrik məktubu ünvanlayıb.

Teleqraf xəbər verir ki, məsələ parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Təbrik məktubunu Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb.

Daha sonra 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar təbrik məktubu səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.